Kim nüvə silahından nə vaxt istifadə edəcəyini açıqladı

Kim nüvə silahından nə vaxt istifadə edəcəyini açıqladı


“Şimali Koreya keçmiş düşmənləri ilə münasibətləri normallaşdıracaq.”Şimali Koreya hökuməti nüvə silahından istifadəyə məhdudiyyət qoyub. ANS PRESS-in məlumatına görə, ölkə rəhbəri Kim Çen In bu barədə açıqlama verib. Fəhlə Partiyasının 7-ci konqresində çıxışı zamanı Kim Çen In ölkənin suverenliyi təhlükə qarşısında qalmadıqca nüvə silahından istifadə etməyəcəklərini deyib.

Məlumata görə, koreyalı lider əvvəllər düşmənçilik münasibətində olduğu ölkələrlə əlaqələrini normallaşdırmağa çalışacağını da qeyd edib. Onun sözlərinə görə, xüsusilə, Cənubi Koreya ilə münasibətləri bərpa etmək üçün tərəflər daha çox danışıqlara getməlidirlər. Bundan əlavə, Kim Çen In qeyd edib ki, Şimali Koreya nüvə silahının yayılmasının qarşısını almağa çalışacaq və dünyada nüvəsizləşmə prosesinin davam etməsi üçün mübarizə aparacaq.

Şimali Koreya 2003-ci ildə Nüvə Silahının Yayılmamasına Dair Müqaviləni tərk etmiş və 2006-cı ildən bəri nüvə sınaqları keçirməyə başlamışdı. Şimali Koreya xüsusi nüvə başlıqlarına malikdir. Hakim Fəhlə Partiyasının 36 il sonra keçirilən konqresində Kim Çen Inın partiya rəhbəri seçiləcəyi gözlənilir. Konqresdə, eyni zamanda, digər rəhbər vəzifələrə də yeni təyinatların ola biləcəyi ehtimal edilir. Şimali Koreya hökuməti son dövrlərdə ballistik raket sınaqları və 4-cü nüvə sınağı ilə beynəlxalq ictimaiyyətin etirazlarına səbəb olmuş və BMT Təhlükəsizlik Şurası bu ölkəyə qarşı sanksiyaları daha da möhkəmləndirmişdi.

7-ci partiya konqresində Kim Çen Inın iqtisadi inkişafa dəstəklə yanaşı, nüvə silahı imkanlarının da artırılmasına çağırışlar edcəyi gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
885 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...