Baxçalı Ərdoğanla ittifaqa girir?

Baxçalı Ərdoğanla ittifaqa girir?


Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı bu gün partiyanın parlament fraksiyasının iclasında çıxışında təşkilatının hər cür tərəfdaşlıq təklifinə hazır olduğunu açıqlayıb. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən ilin 7 iyununda baş tutan seçkilərdən sonra hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə koalisiya və Cümhuriyyət Xalq Partiyası (CHP) ilə birlikdə iqtidara gəlmək təkliflərinə “yox” deyən Baxçalı ilk dəfədir ki, belə fikir səsləndirir.

MHP lideri vurğulayıb ki, bu çağırışın məqsədi terrora qarşı mübarizə uğrunda birləşməkdir. Ankara kulislərində isə bu çağırış “AKP ilə mümkün koalisiya mesajı” kimi qəbul olunub. Hər iki partiya daxilində isə Baxçalının bu çıxışı fərqli şəkildə şərh olunur. MHP-lilərin bir qismi bunu qısa müddət ərzində iqtidar vədi kimi, AKP-lilər isə hakim partiyanın mayın 22-də baş tutacaq qurultayında partiyanın bölünməsi ehtimalı kimi qəbul edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
796 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...