Rusiyada Putinin bir nömrəli rəqibi saxlanıldı
Krasnodar diyarı ilə Adıgey respulikası sərhədində müxalifət lideri Aleksey Navalnı və korrupsiya ilə mübarizə fondunun əməkdaşlarının olduğu avtobus saxlanılıb. ANS PRESS-in məlumatına görə, bu barədə siyasətçi öz şəxsi Twitter səhifəsində yazıb. “Necə maraqlı həyatdır. Mənim və bir neçə korrupsiya ilə mübarizə fondunun əmkadaşının olduğu avtobusu polis Krasnodar diyarı sərhədində saxladı. Onlar nə istəyir, məlum deyil”, - deyə siyasətçi vurğulayıb.
Qeyd edək ki, Aleksey Navalnı Rusiyada hakimiyyətə qarşı çıxan ən fəal müxalifət lideridir. Kremlə öz ittihamları ilə “qan udduran” müxalifətçi Putinin hakim "Vahid Rusiya" Partiyasını “dələduzlar və oğrular partiyası” adlandırır. Aleksey Navalnı dəfələrlə həbs edilib. Bu ilin fevralında isə müxalifət lideri, Korrupsiya ilə Mübarizə Fondunun yaradıcısı Aleksey Navalnı Moskvanın Tverskoy rayon Məhkəməsində Rusiya prezident Vladimir Putinə qarşı iddia qaldırıb.
A. Navalnının Putinə qarşı qaldırdığı iddiaya görə, ölkə prezidenti korrpusiyaya qarşı mübarizə haqqında federal qanunun tələbini pozub. İddiaya görə, Milli Rifah Fondundan yerli mətbuatda Rusiya prezidentinin kürəkəni kimi qələmə verilən Kiril Şamalovun səhmdarı olduğu Rusiya neftkimya nəhəngi SİBUR-a vəsaitin ayrılması və bu barədə məlumatlı olan Vladimir Putinin fəaliyyətsizliyi qanunsuzdur.
912 dəfə oxundu