Ali Məhkəmə sədri də Kadırova görə istefa verdi
Çeçenistan lideri Ramzan Kadırovun tənqidindən sonra Ali Məhkəməsinin sədri Məhəmməd Karatayev istefa ərizəsi yazıb.
Axar.az Musavat.com-a istinadla xəbər verir ki, məhkəmə sədri istefasını Kadırovun çağırışı ilə əlaqələndirib. “Başçının (Çeçenistan rəhbəri) istefaya getmək təklifini qəbul edirəm, onun və çeçen xalqının önündə üzr istəyirəm”, - Ali Məhkəmə sədri bildirib.
Məhəmməd Karatayev onu da deyib ki, hakimlər tərəfindən buraxılan ciddi səhvlərə görə məsuliyyəti öz üzərinə götürür və Ramzan Kadırovun ona qarşı iddialarını əsaslı hesab edir.
Bundan öncə Kadırovun çağırışına Urus-Martanovsk və Qroznı məhkəmələrinin hakimləri Supyan Yandarov və Zayndi Xusainov reaksiya vermişdi. Onlar hər ikisi mayın 5-I statusundan dərhal sonra istefa ərizəsi yazmışdılar.
Qeyd edək ki, Kadırov mayın 5-də İnstaqramdakı statusunda Çeçenistan Ali Məhkəməsinin sədri və daha üç hakimi vəzifəsindən istefa verməyə çağırmışdı: “Əgər onlarda şərəf və əxlaq anlayışı varsa, istefa verəcəklər. Əminəm ki, bu onların həyatında ən düzgün qərar olacaq. Çeçenistanda heç bir hakim haqsız qərar çıxara bilməz".
972 dəfə oxundu