ABŞ-dan Türkiyəyə növbəti terror xəbərdarlığı

ABŞ-dan Türkiyəyə növbəti terror xəbərdarlığı


ABŞ-ın Türkiyədəki səfirliyi bütün Amerika vətəndaşlarını və əcnəbi turistləri ölkə boyu terror aktlarının ola biləcəyi ehtimalı ilə xəbərdar edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə səfirliyin saytında müvafiq xəbər yerləşdirilib: “Xarici və amerikalı turistlər çox güman ki, beynəlxalq və yerli terror təşkilatlarının hədəfindədir və qəfil terror aktları hələ də böyük narahatlıq doğurur”.

Səfirlik amerikalı turistləri həmçinin şəxsi təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb. “Hürriyyət” qəzeti isə bundan 2 gün öncə, Türkiyə xüsusi xidmət orqanlarının bütün 81 vilayətə xəbərdarlıq məktubu göndərdiyini yazmışdı. Qəzetin məlumatına görə, “İslam dövləti” mayın 19-da qeyd olunan Gənclik və İdman bayramı çərçivəsində geniş terror hücumu planlayır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
743 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...