Türkiyədə terrorçu PKK-ya məxsus 5 milyon qutu siqaret müsadirə edilib FOTOLAR

Türkiyədə terrorçu PKK-ya məxsus 5 milyon qutu siqaret müsadirə edilib


Türkiyənin Yüksəkova bölgəsinin Onbaşılar, Armutlu və Şəmdinli rayonunun Bozyamac kəndlərində keçirilən əməliyyat nəticəsində terrorçu PKK qruplaşmasına aid qaçaq yolla ölkəyə keçirilən 5 milyon siqaret qutusu müsadirə edilib.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb. Məlumata görə, əməliyyat nəticəsində 4 nəfər saxlanıb, polisin "təslim ol" əmrinə tabe olmayan terrorçu zərərsizləşdirilib.

İnformasiyada bildirilib ki, PKK İran və İraq ərazilərində özünün qanunsuz "gömrük məntəqələrini" yaradıb. Terrorçular qaçaq yolla həmin ərazilərdən çay və siqaret keçirir, yaxud qaçaqmalçılardan "vergi" toplayırlar.

Xəbərə əsasən, həmin "gömrük məntəqələri"ndən toplanan pullar isə terrorçu PKK-nın maliyyələşdirilməsinə sərf edilir.


Türkiyədə terrorçu PKK-ya məxsus 5 milyon qutu siqaret müsadirə edilib
Türkiyədə terrorçu PKK-ya məxsus 5 milyon qutu siqaret müsadirə edilib
Türkiyədə terrorçu PKK-ya məxsus 5 milyon qutu siqaret müsadirə edilib
Türkiyədə terrorçu PKK-ya məxsus 5 milyon qutu siqaret müsadirə edilib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
789 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...