Putin Savçenkonu niyə əfv etdi? - Səbəb açıqlandı

Putin Savçenkonu niyə əfv etdi? -


Rusiya prezidenti Vladimir Putin bu ölkədə həbsdə olan ukraynalı hərbçi Nadejda Savçenkonun əfv edilməsi barədə sərəncam imzalayıb.

Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katiib Dmitri Peskov bildirib.

Peskov, həmçinin Milli Qəhrəman Savçenkonun Kiyevdə olduğunu təsdiqləyib. Bildirilib ki, Savçenkonun əfv olunmasını onun qətlə yetirdiyi rus jurnalistlərin valideynləri xahiş edib.

Xatırladaq ki, martın 22-də Rusiyanın Rostov vilayətinin Doneçk şəhər məhkəməsi sabiq Ukrayna hərbçisi Nadejda Savçenkonun 22 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar verib.

Savçenko “VQTRK” şirkətinin jurnalistləri İqor Kornelyuk və Anton Voloşinin öldürülməsində, həmçinin Rusiya Federasiyası sərhədlərinin qanunsuz şəkildə keçməkdə şübhəli bilinib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
830 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...