Türkiyə daha 3 şəhid verdi

Türkiyə daha 3 şəhid verdi


Türkiyənin Mardin və Tunceli vilayətlərində keçirilən hərbi əməliyyat zamanı təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı şəhid olub.

Musavat.com NTV telekanalına istinadən xəbər verir ki, Mardin vilayətinin Nusaybin qəsəbəsində terrorçular əldəqayırma partlayıcı ilə hərbçilərə hücum ediblər. Nəticədə 1 hərbçi və 1 polis əməkdaşı şəhid olub. Hücum zamanı təhlükəsizlik qüvvələrinin 9 əməkdaşı yaralanıb.

Qəsəbədə təhlükəsizlik qüvvələrinin çağırışı ilə qəsəbədə 10-u qadın olmaqla 42 PKK-çı təslim olub. Bundan bir qədər əvvəl daha 42 PKK üzvü təslim olmuşdu. Tunceli vilayətinin Ovacıq qəsəbəsində isə terrorçular əməliyyat keçirən təhlükəsizlik qüvvələrini atəşə tutub. Nəticədə 1 əsgər şəhid olub, daha 1 əsgər isə yaralanıb.

Bölgəyə xüsusi təyinatlılar cəlb edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1106 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...