''Trabzonspor'da futbolçulara saqqal qadağası

''Trabzonspor'da futbolçulara saqqal qadağası


“Trabzonspor”un yeni baş məşqçisi Ərsun Yanal gözlənilməz qərar verib.

Qol.az-ın Türkiyənin “Hürriyyət” qəzetinə istinadən yaydığı xəbərə görə, 55 yaşlı mütəxəssis futbolçularına saqqal saxlamağı qadağan edib. Oyunçuların baş məşqçinin bu qərarını sakit qarşıladığı bildirilib.

Yanalın bu qərarından sonra başda Aykut Demir olmaqla Mehmet Ekici, Mustafa Yumlu, Onur Kıvrak, Güray Vural, Musa Nizam və Zəki Yavrunun saqqalını qırxdıracağı bildirilib.

Qeyd edək ki, Türkiyədə buna bənzər hadisə 2 mövsüm əvvəl də baş verib. O zaman “Gənclərbirliyi” klubunun prezidenti İlhan Cavcav futbolçura saqqal qadağası tətbiq etmişdi. Qadağanı pozanlar 25 min türk lirəsi məbləğində cərimələnirdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
848 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...