Tramp:“Hillari Klinton həbsxanada olmalıydı”

Tramp:“Hillari Klinton həbsxanada olmalıydı”


ABŞ prezidentliyinə namizəd Donald Tramp hesab edir ki, keçmiş dövlət katibi Hillari Klintonun seçkilərdə iştirakı “Birləşmiş Ştatlar üçün rüsvayçılıqdır”, çünki dövlət sirləri haqda qanunu pozduğuna görə həbsxanada olmalıdır

Strataeq.az The Hill nəşrinə istinadən bildirir ki, Trampın fikrincə, Klintonun təkcə 2009-2013-cü illərdə şəxsi serverindən xidməti yazışmalar üçün istifadə etməyi ilə bağlı qalmaqal kifayətdir ki, o, “dəhşətli dərəcədə günahkar” sayılsın.

Tramp qeyd edib: “Bilirsiniz, o, İranla nüvə sövdələşməsində Obamanı niyə dəstəklədi? Sadəcə, öz məktublarına görə həbsxanaya getmək istəmir. İndiki hökumətin onun bu seçkilərə qatılmasına icazə verməyi Birləşmiş Ştatlar üçün biabırçılıqdır”.

Qeyd etmək laızmdır ki, FTB indiyədək sözügedən məsələlərlə bağlı Hillari Klintiona münasibətdə cinayət təhqiqatı haqda qərar qəbul etməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
791 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...