İran dünyada terrorizmin əsas sponsorudur

İran dünyada terrorizmin əsas sponsorudur


ABŞ Dövlət Departamentinin illik hesabatında bildirilir ki, İran dünyada terrorizmin əsas sponsorudur. Trend-in məlumatına görə, bu barədə "The Independent" qəzeti yazır. Hesabata əsasən, İran 2015-ci ildə də dünyada terrorizmin əsas sponsoru kimi çıxış edir: "İran terrorizmə dəstək verir, maliyyələşdirir, treninqlər keçirir, onu təchiz edir".

Sənəddə deyilir ki, İran Livanın "Hizbullah" təşkilatını, "Həmas" da daxil olmaqla Fələstinin qruplaşmalarını və Suriyada Bəşər Əsəd hökumətini dəstəkləyir. Qəzet qeyd edir ki, İranla nüvə sövdələşməsinə və sanksiyaların qismən aradan qaldırılmasına baxmayaraq, Tehran xarici siyasətində məqsədlərinə çatmaq üçün İslam İnqilabının Keşikçiləri Korpusundan (Sepah) və onun "Qüds" xüsusi təyinatlı qüvvələrindən istifadə edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
848 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...