Parisdə terakt törətməyə hazırlaşan terrorçular Ukraynada yaxalandı

Parisdə terakt törətməyə hazırlaşan terrorçular


Ukrayna Təhlükəsizlik Xidməti futbol üzrə Avropa çempionatının keçirələcəyi Fransada terror törətmək istəyən şəxsi yaxalayıb. Musavat.com Rusiya və Ukrayna saytlarına istinadən bildirir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qritsak Fransada Avro-2016 oyunları zamanı 15 terakt törətmək istəyən terrorçuların qarşısını alıb.

Onun sözlərinə görə, terrorçular futbol yarışları zamanı ictimai yerlərdə, məscidlərdə, sinaqoqlarda, kilsələrdə partlayışlar törətmək istəyiblər. Vasili Qritsak terror törətməyə hazırlıq məsədilə Ukraynaya gələn bir Fransa vətəndaşının yaxlandığnı bildirib.

Həmin şəxs Ukraynaya guya oyunlarda könüllü kimi iştirak etmək və Ukraynada bu fəaliyyətlə məşğul olmaq istəyənlərə kömək məqsədilə gəlib. Daha sonra terrorçu şəxs Ukraynadan müvafiq silahları əldə etmək üçün müəyyən insanlarla əlaqə qurub.

Keçirilən əməliyyat zamanı terroçunun üzərindən 5 Kalaşnikov avtomatı, 5 mindən çox patron, 2 RPG və 18 mərmisi, 125 kq trotil və 100 detonator aşkar edilərək götürülüb. “Biz ümid edirik ki, Fransa xüsusi xidmət orqanları bu situasiyanı sona qədər başa çatdıracaq və indi top artıq fransızlardadır”, - deyə Vasili Qritsak bildirib. V.Qritsak məsələ ilə bağlı fransız rəsmilərindən hələ ki hər hansı bir reaksiya verilmədiyini söyləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
850 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...