Sergey Lavrov qolunu zədələdi

Sergey Lavrov qolunu zədələdi


Rusiya xarici işlər naziri Sergey Lavrov futbol oynayarkən qolunu zədələyib. ANS PRESS-in məlumatına görə, bu baradə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi instaqram səhifəsində bildirilib. "Bu, tərəfdaşlarla saysız telefon danışıqlarından yaranan iş zədəsi deyil. Sağlamlığa dəymiş bu kiçik zədə futbol oyununun nəticəsidir", - deyə nazirliyin paylaşımında vurğulanır.

Sergey Lavrovun Finlandiya xarici işlər naziri Timo Soyni ilə görüşü zamanı çəkilmiş videoda onun sağ əlinin sarğılı olduğu görünüb. İyunun 4-də Lavrov yoldaşlıq matçında iştirak edib. Onunla bərabər ikiqat olimpiya çempionu Yevgeni Pluşenko da oyunda iştirak edib. Bu barədə çempionun həyat yoldaşı Yana Rudkovskaya öz şəxsi instaqram səhifəsində məlumat verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
806 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...