Sarkisyan daha bir məmuru işdən qovdu

Sarkisyan daha bir məmuru işdən qovdu


Ermənistan Mülki Aviasiyası Baş İdarəsinin rəhbəri Artyom Movsesyan vəzifəsindən kənarlaşdırılıb. Anspress bildirir ki, bu barədə ölkənin "Qraparak" qəzeti xəbər yayıb. Qəzet yazıb ki, bir gün əvvəl ki, nəşrdə dərc olunan informasiyanı Mülki Aviasiya Baş İdarəsi təkzib etməyib. O, rüşvət almaqda ittiham olunur. Çox ehtimal ki, tezliklə bu barədə xəbər elan ediləcək. Vəzifəsidən azad olunan Artyom Movsesyanın çalışdığı sahədə 12 illik stajı var idi.

Nəşrin iddiasına görə, yeni rəhbər iqtisadiyyat nazirinin müavini Serqey Avetisyan ola bilər. O, aviasiya sahəsinə nəzarət edir.
Son iki ay ərzində Ermənistan hakimiyyətində rüşvət alma və vəzifəsindən sui-istifadə hallarına görə bir neçə yüksək rütbəli məmur və hərbçi vəzifəsindən azad olunub. Bir neçə gün əvvəl erməni polkovnik-leytenant Şant Avetisyan rüşvət aldığı üçün həbs edilib. O, 5000 dollar rüşvət alarkən saxlanılıb.

Mayın 20-dən bəri Serj Sarkisyanın əmri ilə Ermənistanın müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzəbekyan, Baş Qərargahın Kəşfiyyat idarəsinin rəisi general-mayor Arşak Karapetyan, Rabitə qoşunlarının və avtomatik idarəetmə sistemlərinin rəisi, general-mayor Komitas Muradyan, ordumuz tərəfindən dağıdılan Madagiz polkunun komandiri, polkovnik Arutyun Əmirxanyan vəzifələrindən azad ediliblər.

Bundan başqa, Ermənistan ordusunun generalı Melsik Çilingəryan vəzifəsindən azad olunduqdan sonra, polkovniklər Armen Markaryan və Mqer Papyan vəzifə başında həbs ediliblər.

Mayın 18-də isə Ermənistan silahlı qüvvələrinin polkovniki David Abrahamyana vəzifəsindən sui-istifadə etmə maddəsi ilə cinayət işi açılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
843 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...