Obama Məhəmməd Əlinin dəfninə getməkdən imtina etdi

Obama Məhəmməd Əlinin dəfninə getməkdən imtina etdi


ABŞ prezidenti Barak Obama əfsanəvi boksçu Məhəmməd Əlinin dəfn mərasiminə qatılmayacaq. AzVision.az-ın məlumatına görə, bunu Ağ evin rəsmi nümayəndəsi Con Fridman bildirib. “Prezident xanımı ilə birgə Vaşinqtonda qızı Maliyanın məzun gecəsində iştirak edəcək”, - deyə Fridman qeyd edib.

Onun sözlərinə görə, Obamanın köməkçilərindən biri dəfn mərasimində prezident və birinci xanımın adından məktub oxuyacaq.
Qeyd edək ki, məşhur amerikalı boksçu Məhəmməd Əli iyunun 3-də 74 yaşında dünyasını dəyişib. Onun dəfn mərasimində ABŞ prezidenti Barak Obamanın iştirak edəcəyi bildirilirdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
993 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...