Fələstinlilərə Ramazan bayramında İsrailə getmək qadağan olundu

Fələstinlilərə Ramazan bayramında İsrailə getmək qadağan olundu

İsrail Müdafiə Ordusu (ÇAXAL) on minlərlə fələstinliyə Ramazan bayramında İsrailə getməyi qadağan edib.

"Rreport" bildirir ki, ÇAXAL-ın ərazidəki fəaliyyət koordinatoru general-mayor Yoav (Poli) Mordexay 83 min fələstinlinin Ramazan bayramında İsrailə getmək üçün icazəsini ləğv etməyi əmr edib. General Mordexayın əmri iyunun 9-na keçən gecə Tel-Əvivdəki ÇAXAL qərargahında təhlükəsizlik sistemi rəhbərlərinin xüsusi iclasında səsləndirilib.

Xatırladaq ki, ötən gecə Tel-Əvivdə terror aktı baş verib. Silahlı şəxslərin yoldan keçənlərə atəş açması nəticəsində 4 nəfər həlak olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
797 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...