İran ABŞ konqresmenlərinə viza verməkdən imtina etdi
Rəsmi Tehran bir qrup ABŞ konqresmeninə İrana gəlmək üçün viza verməkdən imtina etməsinin səbəblərini açıqlayıb.
GUNDEMİNFO.AZ AZƏRTAC-a istinadən bildirir ki, iyunun 9-da İranın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir ki, amerikalı konqresmenlər İranın nüvə proqramı ilə əlaqədar Qərb dövlətləri ilə əldə etdikləri razılaşmaya necə əməl etməsini yoxlamaq istəyirlər. Lakin əldə olunmuş razılığa əsasən, qarşılıqlı öhdəlikləri konqresmenlər yox, Beynəlxalq Atom Enerjisi Agentliyinin mütəxəssisləri yoxlaya bilərlər.
Konqresmenlərin İrana səfər etməsinin digər məqsədi isə fevralın 26-da keçirilmiş parlament seçkilərinin demokratikliyini yoxlamaqdan ibarət olub. Lakin beynəlxalq təcrübəyə əsasən seçkiləri müşahidə etmək və nəticələrinə nəzər salmaq qarşılıqlı razılaşmaya və seçki keçirən tərəfin dəvətinə əsasən baş verir.
İranın ABŞ ilə belə razılaşması olmayıb və konqresmenləri seçkiləri müşahidə üçün dəvət etməyib. Bu səbəblərdən ABŞ konqresmenlərinin İrana səfəri məqsədə müvafiq deyil.
812 dəfə oxundu