Dörd ölkənin vətəndaşlarına Özbəkistana giriş qadağan olundu

Dörd ölkənin vətəndaşlarına Özbəkistana giriş qadağan olundu

Özbəkistan hökuməti Qırğızıstan, Tacikistan, Qazaxıstan və Türkmənistan vətəndaşlarının və nəqliyyat vasitələrinin ölkəyə daxil olmasını müvəqqəti məhdudlaşdırıb. Virtualaz.org “AKİPress”ə istinadən bildirir ki, məlumatı Özbəkistanın Dövlət Sərhəd Xidməti verib.

Qadağa iyunun 15-dən 25-nə kimi qüvvədə olacaq. Bununla birgə, Oş vilayətinin Qara-Suuy rayonunun Barak eksklavının sakinləri üçün Qırğızıstan-Özbəkistan sərhədi əvvəlkitək şəffaf olacaq. Qoyulmuş məhdudiyyətin səbəbləri açıqlanmır. Güman edilir ki, bu iyunun 23-24-də Daşkənddə keçirilməsi nəzərdə tutulan Şanxay Əməkdaşlıq Təşkilatının sammiti ilə əlaqədardır.

İyunun 16-dan etibarən Özbəkistanın öz əyalətlərinin sakinləri üçün də Daşkəndə giriş qadağan ediləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
831 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...