Türkmən dağı qan ağlayır - Türkmənlər son 4 kənd uğrunda mübarizə aparır

Türkmən dağı qan ağlayır -


Türkmən dağının türkmənlərin əlində olan hissəsi gün keçdikcə daha da kiçilir. Avropa.info xəbər verir ki, Rusiyanın dəstəyi ilə Türkmən dağına hücuma keçən və 9 ay ərzində bölgənin böyük hissəsini ələ keçirən Əsəd rejimi, son 3 gündə ələ keçirdiyi mövqelərlə mühüm üstünlük əldə edib. Suriyanın Laziqiyyə rayonu ərazisində Bayırbucaq və ya Türkmən dağı olaraq bilinən türkmənlərin yaşadığı bölgə, Rusiyanın bölgəyə qoşun yeritdiyi 2015-ci ilin sentyabr ayından bu yana geniş hücumlara məruz qalır.

Havadan, qurudan və dənizdən həyata keçirilən bombardmana uzun müddət müqavimət göstərən müxaliflər, Qızıl dağ və Burc əl-Qasab kimi strateji təpələrdə nəzarəti saxlaya bilmədi. Bölgədə üstün hərbi qüvvəyə malik olan Əsəd rejimi Türkmən dağının yaxınlığındakı Cəbəl Əkradda irəliləməklə müxaliflərin hərəkat sahəsini bir az da daraldıb.

Ciddi əsgər və sursat itkisi verməsinə baxmayaraq Bayırbucaqtan imtina etməyən Əsəd rejimi son 2 ayda pilotsuz təyyarələrlə bölgədəki xəstəxana, hərbi qərargah və yollar kimi bütün əhəmiyyətli yerləri sıradan çıxarıb. Türkmən dağının Cəbəl Əkrad və İdliblə olan əlaqəsini da böyük nisbətdə kəsən rejim qüvvələri son həftə ərzində türkmənlərə getdiyi humanitar yardımlar üçün açılan yolu da vurmağa başlayıb.

Bölgədə etibarlı bir nöqtənin belə qalmadığını vurğulayan türkmənlər, əllərindəki son 6 kənddən, 3 gün əvvəl İsa Pınar kəndini və ən strateji kənd olan Qaramanlı kəndi ilə yüksəkliyini də şiddətli qarşıdurmalar nəticəsində itirdi. Onlar hər şeyə baxmayaraq əllərində qalan Yamadi, Kələz, Sallur və Çümərən kəndini qoruya bilmək üçün mübarizələrini davam etdirirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
998 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...