Ermənistanla İran arasında viza rejim rəsmən ləğv edildi

Ermənistanla İran arasında viza rejim rəsmən ləğv edildi


Ermənistan parlamenti bu gün növbədənkənar sessisyasında İranla viza rejiminin ləğvi haqqında razılaşmanı təsdiqləyib. Modern.az-ın xəbərinə görə, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bu ilin iyunun 5-də Tehranda İran və Ermənistan arasında viza rejiminin ləğvinə dair razılaşma imzalanıb. Təsdiqini tapmış sənədə görə, Ermənistan və İran İslam Respublikasının vətəndaşları viza almadan bir ölkədən digərinə səfər edə və 90 gündən 180 günədək o biri ölkənin ərazisində qala biləcəklər.

Məlumata görə, razılaşma həm də iki ölkə arasında gələcəkdə iqtisadi, ticarət və başqa əlaqələrin "güclənməsi və tənzimlənməsinə" xidmət edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
820 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...