Sudan prezidentinin qardaşı dələduz çıxdı

Sudan prezidentinin qardaşı dələduz çıxdı

İnterpol tərəfindən axtarışda olan Sudan vətəndaşı Əltum Əlfatih Məhəmməd Əhməd həbs edilib. Sudan vətəndaşının həbsi Moskva mehmanxanalarının birində baş tutub. 45 yaşlı bu şəxs Qırğızıstanda dələduzluq etdiyinə görə beynəlxalq axtarışa verilib. Ondan şübhələnsələr də, cinayətin üstünü aça bilmirdilər.

Məlum olub ki, adıçəkilən şəxs Rusiyada tibbi təhsil alıb və 5 uşaq atasıdır. Bəzi məlumatlara görə isə Məhəmməd Əhməd Sudan prezidentinin qardaşıdır. 72 yaşlı Sudan lideri Ömər Həsən Əhməd al-Bəşir 1989-cu ildən ölkənin rəhbəridir. Bu gün M.Əhməd təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
770 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...