“Sovetski”də 23 tarixi bina söküləcək” - Abid Şərifov
""Sovetski" adlanan ərazidə sökülməsi nəzərdə tutulmuş 3745 evdən yalnız 215 ev sökülməmiş qalıb. Sökülən evlərin sakinləri isə köçürülüb". Bunu baş nazirin müavini Abid Şərifov deyib. O bildirib ki, "Sovetski" sakinlərinin hansı şəraitdə yaşadığı heç kəsə sirr deyil.
"Orada bəzi evlərin sahəsi 8-15 kvadratmetr olub. O da heç kəsə sirr deyil ki, hər kvadratmetrə görə “Sovetski" sakinlərinə 1500 manat ödənilirdi. Bəzi sakinlərin yaşayış sahəsini nəzərə alsaq, onlar nəinki özünə ev ala, hətta kirayə də qala bilməzdi. Buna görə, bu məsələ məruzə olundu, ölkə başçısı bu məsələnin həll olunması üçün müvafiq göstərişlər verdi. Biz iki köhnə yataqxananı rekonstruksiya edərək 200-ə yaxın ailəni orada yerləşdirdik", - deyə A. Şərifov bildirib.
Tarixi binaların sökülməsinə münasibət bildirən baş nazirin müavini bunları deyib: "Bəzi tarixi binalar var ki, fasadında cəmi 3-4 dənə ağ daş qalıb. Prezidentimiz tarixi binalara münasibətini Fizuli küçəsindəki binanı sürüşdürmək barədə qərar verərkən göstərib.Sürüşdürmə xərcləri həmin evin dəyərindən dəfələrlə artıq olub.
"Sovetski"də cəmi 23 tarixi bina var. Onlar da guya tarixidir. Biz mütəxəssislərlə qərara gəldik ki, o binalar söküləcək, onların yerləşdiyi küçələr genişlənəcək".
838 dəfə oxundu