Ermənistan müdafiə naziri istefası ilə bağlı məlumatları şərh etmək istəməyib

Ermənistan müdafiə naziri istefası ilə bağlı məlumatları şərh etmək istəməyib


Ermənistan müdafiə naziri Seyran Ohanyan istefası ilə bağlı yayılmış məlumatları şərh etmək istəməyib.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, S. Ohanyan vətən qarşısında borcunu yerinə yetirməkdən imtina etməyəcəyini bildirib.

Qeyd edək ki, Ermənistanda müdafiə naziri və Baş Qərargah rəisi Yuri Xaçaturovun istefaya göndəriləcəyi ilə bağlı məlumatlar yayılıb. Səbəb kimi hakimiyyətin onların fəaliyyətindən narazılığı göstərilir. Qeyd edilir ki, bu, aprelin əvvəlində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələrlə bağlıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
971 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...