Rusiya İstanbuldakı terrorun əsl səbəbini açıqladı

Rusiya İstanbuldakı terrorun əsl səbəbini açıqladı


“İstanbulun Atatürk hava limanında baş verən terror aktı Türkiyə hökumətinin Rusiya və İsrail ilə münasibətləri normallaşdırmaq cəhdlərinə qarşı yönəlib”.

AzVision.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq İşlər Komitəsinin sədri Konstantin Kosaçev deyib.

Onun sözlərinə görə, terror aktının arxasında başqa məqsədlər dayanır: “Görünür ki, Türkiyəni başda Rusiya olmaqla yeni yaradılan vahid antiterror cəbhəsində iştirak etməsin deyə “xəbərdarlıq” edirlər. Terror aktı Rusiya və Türkiyə liderləri arasında dialoqa mane olmayacaq. Əksinə münasibətlər daha da yaxşılaşacaq. Bütün bunlara baxmayaraq, biz bu gün Türkiyə xalqı ilə həmrəyik”.

Konstantin Kosaçev, həmçinin terror aktı zamanı ölənlərin ailəsinə də başsağlığı verib. O, həmçinin Türkiyə hökumətinin terror aktını İŞİD yaraqlılarının törətdiyi barədə ehtimallarını daha inandırıcı sayır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
789 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...