“Gələcəkdə Türkiyə bizə Ermənistandan da yaxın olacaq" - Jirinovski

 “Gələcəkdə Türkiyə bizə Ermənistandan da yaxın olacaq" -


"Gələcəkdə Türkiyə Rusiyaya Belarus, Ermənistan və Qırğızıstandan daha yaxın olacaq". APA-nın verdiyi məlumata görə, bunu Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib. O bildirib ki, perspektivdə Türkiyə NATO-dan çıxacaq və Şanxay Əməkdaşlıq Təşkilatı və Gömrük İttifaqının üzvü olacaq: "Rusiyaya Türkiyə ilə münasibətlər çox sərfəli olduğu kimi, Türkiyəyə də Rusiya ilə münasibətlər sərfəlidir". V. Jirinovskinin fikrincə, Rusiya-Türkiyəyə münasibətlərini tam həcmdə bərpa etmək vacibdir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
853 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...