Ərdoğan Dəniz Baykalı spikerlik üçün görüşə çağırdı

Ərdoğan Dəniz Baykalı spikerlik üçün görüşə çağırdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri, ölkə siyasətinin duayenlərindən olan Dəniz Baykalı görüşə dəvət edib. APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, bu gün Ankarada keçiriləcək görüşdə ölkədə seçkilərdən sonra yaranmış durum və koalisiya hökumətinin formalaşdırılması məsələsi müzakirə olunacaq.

Qeyd edək ki D. Baykal yeni parlamentin ən yaşlı üzvü qismində Böyük Millət Məclisinin ilk toplantısını açacaq və sədr seçilənə qədər parlamenti idarə edəcək. CHP-nin TBMM sədri vəzifəsinə D. Baykalın namizədliyini irəli sürəcəyi gözlənilir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1314 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...