Səudiyyə əsgərləri Yəmən sərhədlərindən qaçırlar

Səudiyyə əsgərləri Yəmən sərhədlərindən qaçırlar

FaktXəbər-in verdiyi məlumata görə, Yəmən qüvvələri Nəcranda Ərəbistanın bir hərbi mərkəzini məhv edib və ələ keçiriblər. Yəmənlilər Yəmən bayrağını bu hərbi bazaya sancaraq öncəki mövqelərinə qayıdıblar. Səudiyyə Ərəbistanının quru qüvvələri Bəhreyn qüvvələrinin əməkdaşlığı ilə Nəcran vilayətinin əl-Şərəfə məntəqəsində yəmənlilərə məğlub olduqdan sonra qaçmağa başlayıblar.

Bundan əlavə iki ölkənin sərhədində gedən döyüşlərdə yəmənlilər Ərəbistanın bir neçə tankı və hərbi avtomobilini məhv ediblər.

Bəzi Yəmən mənbələri ötən günkü dyüşlərdə Ərəbistanın bir qırıcısının vurulduğunu bildiriblər. Lakin rəsmi mənbələr hələlik bu xəbəri təsdiqləməyiblər. Yəmən qüvvələri Ərəbistanın cənubunda əl-Əsir məntəqəsi, Cazan vilayətində bir hərbi bazanı da raketlə hədəfə alıblar. Onlar həmçinin əl-Dəxan və Eynül-Harrə yüksəkliklərində səudiyyəli sərhədçilərə hücum ediblər. Quru döyüşlərdə məğlubiyyətlərdən qəzəblənən səudiyyəlilər F-15 və F-16 qırıcı təyyarələrinin Yəmənin yaşayış massivlərinə hücumlarını artırıblar.

Son məlumatlara görə, Ərəbistanın hava hücumları nəticəsində ötən 24 saat ərzində ən azı 100 nəfər həlak olub. Ali-Səudun hava hücumlarının əsas qurbanları uşaqlar və qadınlardır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1066 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...