İraqda mədrəsələr təhsil nazirliyinə verildi Mollalar və şagirdlər ayağa qalxdı

İraqda mədrəsələr təhsil nazirliyinə verildi

Şimali İraqda mədrəsələr Təhsil Nazirliyinin nəzdinə verilib. Qərarla razılaşmayan mədrəsə mollaları və şagirdlər etiraz aksiyası keçirib. Ərbildəki Səvvaf məscidinə toplaşan mədrəsə mollaları və şagirdlər plakat açaraq şüarlar səsləndiriblər. Etirazçıların adından çıxış edən molla İbrahim Herşeli bildirib ki, dini məktəblər kürd regionu və dünyanın gələcəyi üçün mühüm rol oynayır. Herşeli həmçinin qeyd edib ki, hökumətin verdiyi qərar yanlışdır.

O deyib: “Dini məktəblər Din İşləri Nazirliyinin tərkibində olmalıdır. Biz bunu tələb etmək üçün burdayıq. Ümid edirik ki, hökumətimiz bu qərarı yenidən nəzərdən keçirər”.
Medianews


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1794 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...