Sərkisyan iyunun 13-də gizlicə Moskvaya gedib

Sərkisyan iyunun 13-də gizlicə Moskvaya gedib

Ermənistan prezidenti Serj Sərkisyan ötən şənbə günü, iyunun 13-də Moskvaya özəl səfərə gedib. Virtualaz.org saytı xəbər verir ki, bu barədə erməni qəzeti “Qraparak” yazır. Səfər ictimaiyyətdən gizli saxlanılıb. Bundan əvvəl isə məlum olub ki, parlamentin spikeri Ovik Abramyan da Moskvada özəl səfərdə olub. Onun məşhur erməni oliqarx Kamo Avaqumyanın oğlunun toyunda iştirak etdiyi təxmin edilir.

Avaqumyan “Mercedes” avtomobillərinin Rusiyaya idxalçısıdır. Həmçinin Ermənistan Baş Prokurorluğunun Rusiyadakı nümayəndəsidir. Toyda Ermənistandan və Rusiyadan əksər erməni oliqarxlar iştirak ediblər. Ovik Abramyan Moskvaya Sərkisyandan iki gün əvvəl gedib və bazar günü onun təyyarəsində İrəvana qayıdıb. Onların Rusiyada erməni milyarder Samvel Karapetyanın dəstəyi ilə bir sıra işgüzar görüşlər keçirdiyi bildirilir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1541 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...