İrəvanda böyük fəlakət gözləyirlər

İrəvanda böyük fəlakət gözləyirlər

Roland Manukyan: “Başımızın üstündə çox ciddi təhlükə dayanıb” . Gürсüstan paytaxtı Tiflisdə baş vermiş və çox sayda insanın həlak olması ilə nəticələnmiş təbii fəlakət İrəvanda da baş verə bilər. ANS PRESS-in məlumatına görə, bu barədə “Jamanak” qəzetinin əməkdaşı ilə söhbətində “Armhidroenerqo”nun baş hidroloqu Roland Manukyan bildirib.

O bildirib ki, 1946-1947-ci il leysanları zamanı baş vermiş fəlakət yenidən təkrarlana bilər. “Hər şey hətta pis formada təkrarlana bilər, çünki o vaxt respublika rəhbərliyinin sifarişi ilə respublikada xüsusi layihə gerçəkləşdirilmişdi və Qetarın (Gedərçay - red.) suyunun bir hissəsi Razdana (Zəngiçay - red.) yönəldilmişdi. İndi hər şey dağıdılıb, yerində kiçik göl qalıb ki, o da vəziyyəti xilas edə bilməz. Razdan çayı tərəfə gedən kanal da məhv olub. Başımızın üstündə çox ciddi təhlükə dayanıb”,- deyə Roland Manukyan vurğulayıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1296 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...