İrəvanda elektrik enerjinin bahalaşmasının əleyhinə aksiya keçirilib 6 nəfər saxlanılıb

İrəvanda elektrik enerjinin bahalaşmasının əleyhinə aksiya keçirilib

Ermənistan paytaxtında elektrik enerji tariflərinin artmasına qarşı etiraz aksiyası keçirilib.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları İctimai xidmətlərin tənzimləməsi üzrə Komissiyanın binasını yumurta və pomidor atəşinə tutublar.

Bundan sonra polislə etirazçılar arasında toqquşma olub və nəticədə 6 nəfər saxlanılıb.

Saxlanılan şəxslər barədə müvafiq protokollar tərtib edildikdən sonra onlar azadlığa buraxılıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1157 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...