Rusiyalı dünya çempionu Qərbə səsləndi: "Əlini Azərbaycandan çək!"

Rusiyalı dünya çempionu Qərbə səsləndi:

Dünya Boks Assosiasiyasının versiyasına görə keçmiş dünya çempionu Nikolay Valuyev bir sıra Qərb dövlətinin "Bakı 2015" I Avropa Oyunlarına qarşı münasibətini tənqid edib. "Arqumenti i Fakti" qəzetinin yazdığına görə, Avropa Oyunlarını məqsədyönlü əks-təbliğat və siyasi təzyiq obyektinə çevirmək cəhdlərini əsassız adlandıran Valuyev, oyunların açılış mərasimində iştirak etməyən Avropa liderlərinin əsl simalarını göstərdiyini vurğulayıb.

Rusiyalı boksçunun sözlərinə görə, idman siyasətdən kənardır, idmanın siyasiləşdirilməsi və ya siyasi möhtəkirlik obyektinə çevrilməsi isə qəbuledilməzdir: "Niyə Avropa Oyunlarının açılış mərasiminə qatılmadılar? Həm də ona görə ki, Azərbaycan Rusiya ilə "düzgün" əlaqə qurmur. Qərbin qaydalarına görə hərəkət etməyən ölkələrə qarşı siyasi və iqdisadi təzyiq prinsipi tətbiq olunur".


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1445 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...