Poroşenko: “Müharibə hər an başlaya bilər”

Poroşenko: “Müharibə hər an başlaya bilər”

Kiyevdə Ukraynaya dəstək məqsədilə beynəlxalq donor konfransı keçirilir. APA-nın “112.ua” saytına istinadən verdiyi xəbərə görə, konfransda prezident Pyotr Poroşenko çıxış edib.
P. Poroşenko müharibənin hər an başlaya biləcəyini söyləyib: “Minsk razılaşmaları tam yerinə yetirilməlidir. Müharibə təhlükəsi hələ də qalır və hər an yenidən başlaya bilər. Biz buna hazırıq. Qorxmalı olduğumuz yeganə şey qorxunun özüdür. Ümid edirəm ki, iki cəbhədə də - həm şərq cəbhəsində, həm də iqtisadi cəbhədə - belə bir qorxu yoxdur. Krımın ilhaqından sonra heç kim inanmırdı ki, Ukrayna ayağa qalxacaq və 23 il ərzində zəiflədilmiş ordusunu qısa müddətdə bərpa edəcək. Ukrayna xalqı müstəqilliyini və ölkənin sarsılmazlığını qorumaq üçün bu gün birləşib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1645 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...