İran nüvə anlaşmasını imzalamağa hazırlaşır - dünyanın dəngələri dəyişir

İran nüvə anlaşmasını imzalamağa hazırlaşır -

“İranla “altılıq” arasında nüvə proqramı ilə bağlı saziş yaxın aylarda bağlanacaq”. APA-nın “TASS”-a istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani deyib. Onun sözlərinə görə, bunun üçün qarşı tərəf lazımi addımlar atmalıdır. İran prezidenti bildirib ki, ölkəsinin "altılıq"la danışıqlara getməsinin əsas məqsədi İranın nüvə proqramının hərbi sahəyə istiqamətləndirilmədiyini sübut etmək olub.

H. Ruhani bu məsələsinin həllinin vacib olduğunu deyib: “İran "dağıdıcı nüvə bombası” yaratmayıb. Sazişin bağlanması İranın iqtisadi cəhətdən daha da inkişafını müsbət təsir göstərəcək”.

Qeyd edək ki, İran və “altılıq” arasında nüvə proqramı üzrə razılaşma bu ilin aprelində əldə edilib. Tərəflər İranın nüvə ehtiyatının mühüm hissəsinin ölkə ərazisindən kənara çıxarılması ilə bağlı razılığa gəlib. Bununla belə, İranda nüvə obyektlərinin heç birisi sökülməyəcək. Uranın zənginləşdirilməsi ilə yalnız Natanze şəhərindəki zavod məşğul olacaq. Müəssisə 3,76%-dək zənginləşdirilmiş uranı yalnız mülki məqsədlər üçün istehsal edəcək. Fordo şəhərindəki müəssisə isə elmi-tədqiqat nüvə fizikası mərkəzinə çevriləcək. MAQATE (Atom enerjisi üzrə Beynəlxalq Agentlik) İranın nüvə proqramının sülh xarakterli olmasını izləyəcək. Təşkilatın ekspertləri İranın nüvə obyektlərinə 20 il ərzində baxış keçirə biləcək.

İyunun sonuna planlaşdırılan hərtərəfli sazişin bağlanmasından sonra isə ABŞ, Avropa İttifaqı və BMT">BMT Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi sanksiyalar tədricən aradan qaldırılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1424 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...