Çen In milli orkestrin musiqiçilərini edam etdirdi

Çen In milli orkestrin musiqiçilərini edam etdirdi

GUNDEMİNFO.AZ Musiqiçilər Kim Çen Inın ailə həyatı haqqında artıq söz danışdıqlarına görə edam ediliblər. Şimali Koreya lideri Kim Çen In milli orkestrin musiqiçilərini edam etdirib. Güllələnən musiqiçilər "Inxasu" orkestrinin musiqiçiləri olub. Edam xəbərini Cənubi Koreya kəşfiyyatı yayıb. Şimali Koreya tərəfi isə bu haqda xəbərlərə hələlik heç bir şərh bildirmir. Edam olunanlar siyahısında 15 nəfərin olduğu qeyd edilir.

Bildirilir ki, musiqiçilər casusluqda günahlandırılıblar. Guya onlar Kim Çen Inın ailə həyatı haqqında artıq-əskik söz danışıblar.

Qeyd edək ki, "Inxasu" orkestrində bir zamanlar Kim Çen Inın həyat yoldaşı - Şimali Koreyanın birinci xanımı Li Sol Çju çıxış edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1640 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...