Dostu azərbaycanlı milyarderi necə satdı?

Dostu azərbaycanlı milyarderi necə satdı?


Türkiyədə yaşayan Azərbaycan əsilli iş adamı Rza Zərrabın şəriki kimi tanınan Babək Zəncaninin İranda məhkəməsi keçirilib. AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, məhkəmədə Qanadan sərnişin təyyarəsilə Türkiyəyə gətirilən və Türkiyədən Dubaya aparılan 1,5 ton qızıl məsələsi müzakirə olunub.

Hakim Əbül Noyabr Salavati Zencanidən “Afrikadan gətirdiyin qızıl haradadır?”-deyə soruşub. Zəncani məhkəmə qarşısında 1,5 ton qızılın Türkiyəyə, oradan da Dubaya apardığını etiraf edib. İş adamı qızıl məmulatlarının gömrükdən milyonlarla rüşvət hesabına keçirildiyini bildirib. Onun sözlərinə görə, İstanbul gömrüyündə qızılın buraxılması üçün 5 milyon dollar rüşvət verilib.

Hakim Zəncaniyə Rza Zərrabla bağlı sual ünvanlayıb. O azərbaycanlı iş adamın da bu işdə əlinin olduğunu məhkəmə qarşısında bəyan edib. Həbsdən çıxandan sonra bu olaya münasibət bildirən R.Zərrab is tam əksini söyləyərək Zəncani ilə şərik olmadığını bildirmişdi. “Qanadan Türkiyəyə bir təyyarə gəldi. İçində 1.5 ton qızıl olan . O təyyarə mənim deyil. İçindəki qızıllar da mənim deyil. Amma iş adamı olduğum üçün mənə qızıl alarsınızmı deyə soruşdular. Bunlar küçədən keçən adamlar deyil. Təyyarə gəldikdən sonra mənə ala bilərsinizmi? deyə soruşdular. Bu təyyarə Qanadan necə gəldi , hansı sənədlər dəyişdi bu məni maraqlandırmaz. Biz bu təyyarədə gəldikdən sonra sənədləri olmadığını anladıq və onlara bildirdik. O yük şirkəti də mənə aid deyil. Babək Zəncani İranda tanınmış bir iş adamıdır. Mən də uzaqdan tanıyıram. 2 dəfə görmüşəm onu. 4 dəqiqəlik bir qarşılaşmamız olub. Mənim Zəncani ilə əməkdaşlığım yoxdur. Dost da deyilik ortaq da”-deyə iş adamı qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1110 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...