"Türkiyə hələ çox peşman olacaq" - Kadırov

"Türkiyə hələ çox peşman olacaq" -


Çeçenistanın rəhbəri Ramzan Kadırov bəyan edib ki, Türkiyə etdiyi hərəkətə görə peşman olacaq. Oxu.az xəbər verir ki, o, bu barədə Suriyada Su-24 bombardmançısının vurulması barədə məlumatı şərh edərkən deyib. “Mən zərrə qədər də şübhə etmirəm ki, Türkiyə etdiyi əməldən hələ çox peşman olacaq. Hər fürsətdə dostluq və əməkdaşlıqdan danışanlar belə məkrli hərəkət etmirlər”, - deyə Kadırov bildirib. O bir daha bəyan edib ki, Çeçen Respublikası və bütün çeçen xalqı Rusiya prezidenti Vladimir Putinin istənilən əmrini yerinə yetirməyə hazırdır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
980 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...