“Rusiya təyyarəsi təhlükələrə reaksiya qaydaları çərçivəsində vurulub” Ərdoğan

“Rusiya təyyarəsi təhlükələrə reaksiya qaydaları çərçivəsində vurulub”

Türkiyə hesab edir ki, Rusiyanın Su-24 təyyarəsi ilə bağlı insidentdə Türkiyə HHQ təhlükələrə reaksiya qaydaları çərçivəsində hərəkət edib. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“Biz belə bir situasiyanı istəməzdik. Ancaq hamı Türkiyənin öz sərhədlərini mühafizə eləmək hüququna hörmət eləməlidir. Naməlin hərbi təyyarə bizim hava məkanımıza soxulub, 5 dəqiqə ərzində ona 10 xəbərdarlıq edilib, lakin hava məkanının pozulması davam edib. Bundan sonra bizim tərəfdən öncədən qəbul olunmuş və elan edilmiş təhlükələrə reaksiya qaydaları çərçivəsində ona qarşı müdaxilə tətbiq olunub” – qeyd edib Ərdoğan.

Türkiyə prezidenti onu da əlavə edib ki, Ankaranın heç bir ölkəyə qarşı düşmən niyyəti yoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
954 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...