NATO da Türkiyəni dəstəklədi - “Rusiya hava məkanını pozub”

NATO da Türkiyəni dəstəklədi -


“NATO hesab edir ki, Suriyada vurulmuş Rusiyaya məxsus “Su-24” təyyarəsi Türkiyənin hava məkanını pozub”. Report xəbər verir ki, bu barədə alyansın baş katibi Yens Stoltenberq NATO Şurasının insidentlə bağlı məsləhətləşmələrin aparılması üçün Türkiyənin təşəbbüsü ilə çağırılmış növbədənkənar iclasının yekununda bildirib.

“NATO Türkiyə və digər müttəfiqlərdən məlumat alıb və bizim qiymətləndirməmizə görə, bu, Türkiyənin bizi məlumatlandırdığı ilə uyğundur”, - deyə o bildirib.
Stoltenberq, həmçinin qeyd edib ki, NATO Rusiya və Türkiyə arasında insidentlərin qarşısının alınması üçün hərbi mexanizmlərin inkişaf etdirilməsinin zəruri olduğunu bildirib. Baş katibin sözlərinə görə, “Türkiyə təyyarənin vurulması ilə bağlı Rusiya ilə artıq əlaqə yaradıb. NATO Rusiya ilə heç bir əlaqə qurmayıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1059 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...