Türkiyə rus təyyarəsini vurmaqla düz etdi? - ŞƏRH

Türkiyə rus təyyarəsini vurmaqla düz etdi? -


Türkiyənin Suriya sərhədində Rusiya təyyarəsini vurması iki ölkə arasında diplomatik qalmaqala səbəb olub. Hazırda bütün dünyanın diqqəti bu hadisələrə yönəlib. Rəsmi Ankara bəyan edib ki, Rusiya təyyarəsi 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, Türkiyənin hava məkanını tərk etməyib. Bu səbəb təyyarə Türkiyə qırıcıları tərəfindən vurulub.

Bölgədə vəziyyəti gərginləşdirən bu olaydan sonra ortaya belə bir sual çıxır: Türkiyənin Rusiya təyyarəsini vurması doğru adddım idi?

Hərbi ekspert Rəşad Süleymanov AzVision.az-a açıqlamasında bildirib ki, Türkiyə dəfələrlə hava məkanına müdaxilə edilməsi ilə bağlı Rusiya və Suriya hərbi hava qüvvələrinə xəbərdarlıq edib.

Onun sözlərinə görə, bundan əvvəl Türkiyə hava sahəsini pozan Suriya helikopterini vurumuşdu:“Həmçinin 1 ay bundan öncə Rusiyaya məxsus pilotsuz uçuş aparatı Türkiyə hava sahəsinə daxil olandan sonra vurulmuşdu. Ümumiyyətlə, həmin ərazidə relyef elədir ki, sərhədlər girintili-çıxıntılı formadadır. Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahının açıqladığı radar izləri var. Həmin radar izində təyyarənin bütün hərəkət qrafiki göstərilir. Uçuşun harada başladığı və ölkə ərazisinə daxil olması göstərilir. Həmin radar göstəricilərində təyyarənin yarımada formasında olan hissədə Türkiyə ərazisinə girdiyi göstərilir. Türkiyə hava məkanına daxil olan “SU-24” ağır bonbardmançı təyyarədir və 1970-ci ildən istehsal olunur”.

Ekspertin sözlərinə görə, Türkiyə Hərbi Hava Qüvvələrinin Hava Hücumudan Müdafiə sistemi vasitəsilə türk hava radarı UHF 243.000 MHz tezliyində açıq xəbərdarlıq edib ki, bunu da bütün təyyarələr qəbul edə bilir: “ Həmin müraciətdə Rusiya təyyarəsinə Türkiyənin hava məkanına daxil olması barədə xəbərdarlıq edilib və ərazini tərk etməsi bildirilib. Məlum olduğu kimi buna riayət olunmayıb. Bununla da Türkiyənin Hərbi Hava Qüvvələrinin “F-16” hərbi təyyarəsindən “AIM-9X hava-hava” tipli raket vasitəsilə həmin təyyarə vurulub. Rusiya tərəfi isə bildirir ki, təyyarə Suriya ərazisində vurulub. Vurulan təyyarə sərhəddən cəmi bir neçə kilometr aralıya düşüb. Məlumdur ki, təyyarə vurulduğu zaman manevr istiqamətini dəyişir və maksimum şəkildə öz nəzarətində olan ərazilərə eniş edir”.

R.Süleymanov qeyd edib ki, Türkiyənin bu məqamda Rusiya təyyarəsini vurmağa tam haqqı var idi və beynəlxalq qaydalar da Türkiyəni bu məsələdə müdafiə edir.

“Türkiyə bunu əsaslandırıb və həmin təyyarənin radar izlərini də göstərib. İndiyə qədər Türkiyə tərəfinin etdiyi xəbərdarlıqların sayı çox olub. Rusiya Hərbi Hava Qüvvələrinin komandan müavini Türkiyədə olanda, Türkiyə Baş qərargahında bu məsələ müzakirə olunmuşdu. Bildirilmişdi ki, Rusiya təyyarələri bonbardmanlar zamanı Türkiyə hava ərazisini pozmayacaq. Təəssüf ki, Rusiya tərəfinin buna riayət etmədiyi görünür. Ötən gecədən Rusiya hərbi ekspertləri belə bir bəyənatlar verirlər ki, Türkiyənin ərazisi bonbalansın, PKK-ya hava raketləri verilsin və s. Amma bunun özü Rusiya üçün poblem ola bilər. Çünki Türkiyə NATO-nun üzvüdür və həmin təşkilatın 5-ci maddəsi kollektiv müdafiəni özündə ehtiva edir. Bu baxımdan belə addımlar Rusiyanın özü üçün yaxşı olmaz. Türkiyə sadəcə hava döyüşündə bunu etdi. Türkiyə bununla həm də özünü sübut etdi ki, xəbərdarlıqlara əməl etməyən istənilən ölkənin təyyarəsi məhv ediləcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1081 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...