Parisdə keçiriləcək BMT sammitində təhlükəsizliyi 120 min polis təmin edəcək

Parisdə keçiriləcək BMT sammitində təhlükəsizliyi 120 min polis təmin edəcək


Fransanın paytaxtı Parisdə keçiriləcək BMT iqlim sammitində təhlükəsizliyi təmin etmək üçün 120 min polis işə cəlb olunacaq.
"Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Fransanın daxili işlər naziri Bernar Kaznyov verib.


Eyni zamanda təhlükəsizliyi tam qorumaq üçün təxminən 8 min hüquq-mühafizə orqanlarının əməkdaşı Fransanın sərhədlərinə, 2800 hərbi qulluqçu isə birbaşa konfransın baş tutacağı Paris ətrafındakı Le Burje şəhərinə yönəldiləcək.
Qeyd edək ki, BMT-nin iqlim konfransı noyabrın 30-da Parisdə açıq elan olunacaq və dekabrın 11-dək davam edəcək. Yelisey sarayından verilən məlumata görə, 138 ölkələrin dövlət və hökumət başçıları konfransda iştiraklarını təsdiq edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
900 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...