Yunanlar ruslara görə ayağa qalxdı: ABŞ və Türkiyə bayrağı yandırıldı

 Yunanlar ruslara görə ayağa qalxdı:


Yunanıstan paytaxtı Afinada Rusiyaya məxsus “Su-24” tipli təyyarənin vurulmasına etiraz olaraq aksiya keçirilib. AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, akisya iştirakçıları Türkiyə və ABŞ bayraqlarını yandırıblar. Etiraz aksiyası Afinanın mərkəzi meydanı olan Sintaqmada keçirilib. 100 nəfər yaxın şəxs ölkə parlamentinin yanından keçərək Türkiyə səfirliyinə yaxınlaşmağa cəhd edib.

Lakin polis diplomatik nümayəndəliyə 300 metr qalmış etirazçıların qarşısını kəsib. Bundan sonra onlar NATO və Türkiyə əleyhinə şüarlar səsləndirib, plakatlar açıblar. Daha sonra etirazçılar ABŞ və Türkiyə bayraqlarını yandırıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
994 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...