Rusiya türk xeyriyyə təşkilatının çörəkxanasını bombalayıb

Rusiya türk xeyriyyə təşkilatının çörəkxanasını bombalayıb


Rusiya Suriyanın İdlib şəhərində yerləşən "İHH" türk xeyriyyə təşkilatına məxsus çörəkxanaya hava zərbələri endirib. Trend-in Anadolu agentliyinə istinadən verdiyi xəbərə əsasən, 40 min nəfərin işlədiyi çörəkxanaya ciddi zərər vurulub.

Təşkilatın Suriyaya yardım üzrə idarəsinin Xatay ofisinin mətbuat katibi Burak Karacaoğlu Əsəd rejiminə dəstək verən rus hərbi təyyarələrinin son günlər ərzində bu regiona vuran zərbələrini qeyd edib. "Bombardman nəticəsində 16 ay əvvəl işləməyə başlayan çörəkxanaya da zərər vurulub. 40 min nəfəri çörəklə təmin edən və 18 nəfərin işlədiyi çörəkxana yararsız hala düşüb. Allaha şükür, zərbələr nəticəsində xəsarət alan olmayıb", - deyə Karacaoğlu bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
979 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...