Ermənistan müxalifəti referendumun nəticələrinin ləğvini tələb edir

Ermənistan müxalifəti referendumun nəticələrinin ləğvini tələb edir


Ermənistanda konstitusiya islahatı referendumunun nəticələrinin ləğv edilməsi tələbi ilə paytaxt İrəvanda mitinq keçiriləcək. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu "Yeni Ermənistan" Hərəkatının və etiraz aksiyasının təşkilatçılarından biri Jirayr Sefilyan bildirib.

Məlumata görə, etiraz aksiyası bu gün saat 16.00-da İrəvanın "Azadlıq" meydanında keçiriləcək. Qeyd edək ki, dekabrın 6-da Ermənistanda konstitusiya islahatına dair referendum keçirilib. Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, referendumda iştirak edənlərin 63,35 faizinin konstitusiya islahatı layihəsinin lehinə səs verib. Dəyişikliklərə əsasən, Ermənistanda prezident 7 il müddətinə seçiləcək. Dövlət başçısını parlament seçəcək. Ötən gecə müxalifət İrəeranın "Azadlıq" meydanında etiraz aksiyasını davam etdirib. Aksiya dekbarın 1-də başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
989 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...