Ermənistanda referendum siyasi maraqlara əsaslanır

 Ermənistanda referendum siyasi maraqlara əsaslanır


Təqribən 50 faiz səviyyəsində olan aşağı seçici aktivliyi göstərir ki, Ermənistanda referendum siyasi maraqlara əsaslanır. Trend-in məlumatına görə, bu barədə AŞ PA-nın müşahidə missiyasının ilkin rəyində deyilir.

Rəydə bildirilir ki, prezident üsul-idarəsindən parlament formasına keçidi nəzərdən tutan islahatlar layihəsinin müddəalarına bir çox vətəndaş mövcud hakimiyyətin təkrar istehsalı kimi baxır: "2,5 il davam edən islahatlar prosesi tam olmayıb".

AŞ PA müşahidəçiləri Ermənistan hakimiyyətini səsvermə zamanı qeydə alınmış bir sıra qanun pozuntularına diqqət yetirməyə çağırıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
946 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...