Ərdoğanın oğlu İŞİD-lə əlaqəsini inkar etdi

Ərdoğanın oğlu İŞİD-lə əlaqəsini inkar etdi


"Bizim müəssisə inşaat şirkətidir. Ancaq bizim Aralıq dənizi bölgəsində, Suriya və ya İraqda heç bir biznesimiz yoxdur".
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində bildirib. "Qardaşınızın İŞİD-lə ticarət əlaqəsində ola bilərmi" sualını isə Bilal Ərdoğan belə cavablandırıb: "Onun yük maşınları var. Ancaq bu maşınlarla neft daşımaq mümkün deyil".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin və Suriyadakı rejimin xarici işlər nazir Valid Müəllim Rəcəb Tayyib Ərdoğan ailəsinin terrorçu İŞİD-lə ticarət əlaqəsi saxladıqlarını iddia etmişdi ("Report").



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1045 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...