“Yunanıstan Ermənistana külli miqdarda silah satacaq”

“Yunanıstan Ermənistana külli miqdarda silah satacaq”


Hafta.az-ın news.am-a istinadən verdiyi xəbərə görə, Yunanıstan Müdafiə Nazirliyi ilə işğalçı Ermənistanın müvafiq qurumu arasında 2016-cı il üçün proqram sazişi imzalanıb.

Müqavilə erməni nümayəndə heyətinin Afina səfəri zamanı reallaşıb. Bağlanan sazişə görə, gələn ildən başlayaraq yunan tərəfi işğalçı ölkəyə güzəştli kreditlərlə bir sıra silah-sursat yardımları edəcək. Ancaq hansı növ silahların satışı haqqında məlumat verilmir. Müqaviləni Yunanıstan tərəfdən general – leytenant Miltiadis Grillakis və Ermənistanın müdafiə nazirinin müavini Levon Ayvazyan imzalayaıb.

Həmçinin tərəflər lazım gəldikdə hərbi əməkdaşlıq və bir-birinə dəstək göstərmək haqqında ayrıca sənədi də imzalayıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1068 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...