Türk polisi hərəkətə keçdi - Rus jurnalistlər həbs olundu

Türk polisi hərəkətə keçdi -


Türkiyədəki əmək məcəlləsinin tələblərini pozan “Rossiya-1” telekanalının bir qrup əməkdaşı Hatay vilayətində həbs olunub. Avropa.info xəbər verir ki, Türkiyə polisinin yaydığı məlumata görə Rusiyanın həbs olunan jurnalistləri tezliklə deportasiya olunacaq. Rusiyanın Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya İdarəsi tərəfindən verilən yazılı açıqlamada isə jurnalistlərin 7 dekabr tarixində həbs olunduqları qanun pozuntusu haqda isə heç bir məlumatları olmadığı bildirilir.

"7 dekabr tarixində “Rossiya-1” televiziya kanalının əməkdaşları Türkiyənin Hatay vilayətində həbs olunub. Polis bölməsinə aparılan çəkiliş qrupuna polis, Türkiyənin əmək məcəlləsinin tələblərini pozduqlarını və deportasiya ediləcəklərini söyləyib.. Türkiyədəki səfirliyimiz hadisəyə müdaxilə etmək istəsə də hökumət rəsmiləri pozuntunun nə olduğu haqda məlumat verməyib.”

Rusiyanın xarici siyasət ənənəsinə görə bir başqa ölkədə baş vermiş hadisələr haqda rəsmi açıqlamada "qəbul olunmaz" ifadəsi istifadə olunarsa rəsmi Moskva əksər hallarda belə hadisələri cavabsız qoymur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1016 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...