"Türkiyə Avropa İttifaqına qəbul edilməməlidir" Çexiya prezidenti

"Türkiyə Avropa İttifaqına qəbul edilməməlidir"


“Türkiyə NATO üzvü olsa da, İŞİD-in müttəfiqi kimi hərəkət edir”.
APA-nın “Milliyyet”ə istinadən verdiyi xəbərə görə, bunu Çexiya prezidenti Miloş Zeman ölkənin şimalında seçicilərlə görüşü zamanı deyib.

Türkiyənin Avropa İttifaqına qəbul edilməməsinin vacibliyini vurğulayan M. Zeman Brüsselin Ankaraya 3 milyard avro yardım ayırmasını pisləyib.

“Eyni dindən olduqları üçün Türkiyənin suriyalı qaçqınları təmin etmək imkanı var”, - deyə Çexiya prezident qeyd edib.

Sonda M. Zeman dediklərinə görə Türkiyə səfirindən etiraz notası gözlədiyini də diqqətə çatdırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
931 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...