Səudiyyədə inqilab: qadınlar ilk dəfə seçkiyə qatıldı

Səudiyyədə inqilab:


Səudiyyə Ərəbistanı Krallığı tarixində ilk dəfə olaraq qadınlar şənbə günü keçirilən seçkilərdə səs verir. Seçmək hüququ ilə yanaşı qadınlar seçilmək hüququndan da istifadə edə bilər. Ölkə boyu təşkil olunan bələdiyyə seçkilərində namizəd olaraq qeydiyyatdan 978 qadın keçirilib. Kişi namizədlərin sayı 6 minə yaxındır.

Səsvermə məntəqələrinə təxminən 130 min qadın və 1,35 milyon kişinin gələcəyi gözlənilir. 1965-ci illə 2005-ci il arasında ölkədə seçkilər ümumiyyətlə keçirilməyib. Hazırkı seçkilər krallığın tarixində sayca üçüncü səsvermədir. Seçkilərdə qadınların iştirakı barədə qərar 2011-ci ildə mərhum Kral Abdulla tərəfindən qəbul olunmuşdu. Yanvar ayında vəfat etməzdən əvvəl kral ölkənin aparıcı məşvərət şurasına 30 qadın təyin etmişdi.

Seçkilərdə 2100 bələdiyyə mandatının sahibi müəyyən edilməlidir. Daha 1050 deputatın təyinatı kral tərəfindən təsdiq olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
957 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...